...

ABŞ Azərbaycanda xarici radiostansiyaların bağlanmasından narahatdır – səfir

Siyasət Materials 5 Noyabr 2008 11:16 (UTC +04:00)
ABŞ Azərbaycanda xarici radiostansiyaların bağlanmasından narahatdır – səfir

Azərbaycan, Bakı, 05 noyabr/ Trend , müxbir R.Novruzov/ ABŞ Azərbaycanda xarici radiostansiyaların bağlanmasından narahatdır.

"Azərbaycanda xarici radiostansiyaların bağlanması bizi çox narahat edir, biz Azərbaycanla bu məsələ ilə bağlı daha obyektiv və demokratik işləmək istərdik", - deyə çərşənbə günü jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bildirib.

Azərbaycan Milli Televiziya və Radio Şurasının ( MTRŞ) rəhbəri Nuşirəvan Məhərrəmli bu günlərdə jurnalistlərə verdiyi açıqlamada bildirib ki, MTRŞ ilin sonunda Azərbaycan ərazisindəki xarici radiostansiyaların fəaliyyətini dayandırmağı planlaşdırır.

Ötən il Milli Şura xarici televiziya və radio kanallarının Azərbaycanın milli tezliklərində yayımlanmasının qadağan edilməsi barədə qərar qəbul edib. BBC, "Azadlıq Radiosu" və "Amerikanın səsi" bir illik müvəqqəti lisenziya alıblar və onların müddəti cari ilin dekabr ayının sonunda başa çatır.

"Biz Azərbaycanda demokratiyanı, müstəqil mətbuat azadlığını, siyasi islahatlar prosesini inkişaf etdirmək istərdik", - deyə səfir bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti