Azərbaycan, Bakı, 05 noyabr/ Trend , müxbir D.İbrahimova/ Barak Obamanın ABŞ prezidenti seçilməsi İranla münasibətlərin taktikasını dəyişsə də, ABŞ- ın siyasətini əsaslı şəkildə dəyişə bilməyəcək, - ekspertlər hesab edirlər.
"Seçkilərdən sonra İran - Amerika münasibətlərində ciddi dəyişikliklər gözləmək lazım deyil. Obamanın qələbəsi Amerikanın diplomatik siyasətində qarşısını almaq siyasətindən birbaşa dialoqun aparılması istiqamətində dəyişikliklərə səbəb ola bilər", - Fransanın Beynəlxalq Münasibətlər İnstitutunun tədqiqatçısı Klement Term (Clementh Therme) elektron poçtla Trend - a bildirib.
Noyabrın 4-də ABŞ - da keçirilmiş prezident seçkilərində İllinoys ştatından senator Barak Obama Arizonadan olan senator Makkeynə verilmiş 156 seçici səsinə qarşı 338 səs alaraq, tam qələbə qazanıb.
Seçkiqabağı kampaniyasının əvvəlində Obama İran prezidenti Mahmud Əhmədinejadla ilkin şərtlər olmadan görüşmək niyyətində olduğunu bildirsə də, sonradan bu fikrində tərəddüdlü inamsızlıq notları sezilməyə başlayıb.
İran yalnız şərtsiz əsasda və Birləşmiş Ştatlar İİR-ə təhlükəsizlik zəmanəti verdiyi halda, ABŞ-la danışıqlara keçəcək, - Amerika - İran Şurasının (American - Iranian Council) sədri Huşəng Əmirəhmədi Vaşinqtondan telefonla Trend -a bildirib.
İran liderlərilə birbaşa danışıqlar ABŞ-a daha sərt beynəlxalq sanksiyalara keçməyə imkan verəcək, - Obama seçki kampaniyası zamanı bildirib. O, İsrail İİR- in nüvə obyektlərinə zərbə endirənədək İrana diplomatik təzyiqi gücləndirməyi vəd edirdi, - Associated Press xəbər verir.
ABŞ - ın İranın nüvə proqramının dinc xarakterli olmasına şübhə etməsi iki ölkə münasibətlərinə ciddi maneədir. Birləşmiş Ştatlar İranın nüvə silahı yaradacağından ehtiyat etsə də, Tehran nüvə proqramının yalnız dinc məqsədli olduğunda təkid edir. Nəticədə, BMT Təhlükəsizlik Şurası son iki ildə İrana qarşı dörd Qətnamə qəbul edib.
Analitiklər hesab edirlər ki, İran və ABŞ arasında əsaslı dəyişikliklərin baş verəcəyini gözləməyə dəyməz.
"Əvvəla, iki dövlətin münasibətlərində psixoloji aspekt mövcuddur - amerikalılar 1979- cu ildə ABŞ - ın İrandakı səfirliyinin əməkdaşlarının əsir götürülməsini, iranlılar isə, 1953 - cü ildə Müsəddiqin devrilməsini hələ də xatırlayılar. İkincisi, bu, hər iki dövlətdə daxili problemlərdir", -İran üzrə bir neçə təhlil və məruzənin müəllifi Term bildirib.
Onun rəyinə görə, ABŞ - ın İranla yaxınlaşmasına imkan verməyən daha bir problem bu yaxınlaşmanın ABŞ-ın İsraillə münasibətlərinin pisləşməsinə və İranın inqilabi imicinin itirlməsinə səbəb olacağıdır.
Bundan əlavə, İnformasiya Təhlükəsizliyi üzrə Britaniya - Amerika Şurasının rəhbəri Pol İnqramın (Paul İngram) rəyinə görə, bir çox məsələlər həll edilməmiş qalır - ABŞ- ın İİR-in İraqdakı müqaviməti dəstəkləməsindən şübhələnməsi, nüvə proqramı ilə bağlı mübahisələrin davam etməsi və ABŞ- ın İranı təcrid etməyə çalışması.
Obamanın ABŞ prezidenti seçilməsi İrana qarşı yeni sanksiyaların tətbiq edilməsinə səbəb ola bilər, - iranlı politoloq Əhməd Zeydəbadi hesab edir. Buşdan fərqli olaraq, Obama İrana qarşı sanksiyaların qəbulunda Avropa dövlətlərindən böyük dəstək ala bilər, - Zeydəbadi güman edir. Belə ki, Obama sələfindən daha xarizmatik şəxsdir.
Lakin birbaşa danışıqlara keçid fikri öz - özlüyündə ABŞ - ın xarici siyasətində irəliyə doğru addımdır.
Dövlət Katibi Henri Kissincerin vaxtından bəri, ilk dəfə olaraq Amerikanın dövlət şəxsləri ABŞ və İran arasında birbaşa danışıqların zəruriliyindən danışmağa başlayıblar, - Klement Term bildirib.
Lakin ABŞ-ın İrana qarşı ı ümumi siyasəti var məhz bu siyasət Birləşmiş Ştatlara öz münasibətini əsaslı surətdə dəyişməyə imkan verməyəcək, İrana isə, Yaxın Şərqdə təsirini genişləndirməyə imkan yaradacaq, - Zeydəbadi bildirib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:[email protected]