...

Bakıda külli miqdarda pula görə qətl törədən şəxs tutulub

Siyasət Materials 7 Noyabr 2008 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 noyabr / Trend , müxbir S. Kazımlı / Bakının Binəqədi rayonu ərazisində külli miqdarda borc üstündə baş verən qətl hadisəsini törədən şəxs polislər tərəfindən tutulub, bu barədə Binəqədi rayon Polis İdarəsindən (RPİ) cümə günü Trend -a məlumat verilib.

Cümə axşamı saat 10:00 radələrində naməlum şəxs 8-ci mikrorayonda yerləşən 23 saylı binanın qarşısında 50 yaşlı Bakı sakini Dəyanət İsmayıl oğlu Səlimova bıçaqla xəsarət yetirərək onu öldürüb.

Məlumata görə, Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətl hadisəsini törətməkdə təqsirli bilinən 48 yaşlı Bakı sakini Firuz İsa oğlu Muxtarov müəyyən edilərək bu gün tutulub.

İlkin dindirmə və araşdırma zamanı Səlimovu öldürməkdə təqsirli bilinən Muxtarovun 1999-cu ildə bizneslə məşğul olduğu müəyyən edilib. Muxtarov həmin il gəmi vasitəsi ilə müxtəlif ölkələrə satış üçün mal aparırmış. O, Səlimovu yanında işə düzəldib və eyni şirkətdə şərik işləyiblər. Həmin müddətdə Səlimovun ona 200 min ABŞ dolları borclu olduğu bildirilir. Borcunu qaytarmadığı üçün Muxtarov Səlimovu öldürmək məqsədi ilə 1999-cü ildə bıçaqla ona xəsarət yetirsə də, istəyinə çata bilməyib. Bu səbəbdən də polislər tərəfindən saxlanılan Muxtarov məhkəmənin qərarı ilə doqquz il azadlıqdan mərhum edilib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan qapalı həbsxanasında cəzasını çəkən Muxtarov bu ilin mart ayında azadlığa çıxıb.

Məlumatda o da əlavə edilir ki, hər iki şəxs aralarında baş verən insidetlə bağlı əvvələr hüquq-mühafizə orqanlarına müraciətlər ediblər.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə (120.1-ci) maddəsi ilə cainayət işi başlanılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti