...

Azərbaycan nümayəndə heyətinin üzvü AŞ PA komitəsinin vitse - prezidenti seçilib

Siyasət Materials 10 Noyabr 2008 19:29 (UTC +04:00)
Azərbaycan nümayəndə heyətinin üzvü AŞ PA komitəsinin vitse - prezidenti seçilib

Azərbaycan, Bakı, 10 noyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Rəfael Hüseynov qurumun hüquqi işlər və insan hüquqları komitəsinin vitse- prezidenti seçilib.

Bu gün Moskvada keçirilən AŞPA - nın hüquqi işlər və insan hüquqları komitəsinin iclasında komitənin vitse - prezidenti vəzifəsinə seçkilər olub. İtaliya, İrlandiya, Xorvatiyadan olan nümayəndələrin təklifindən sonra, həmin vəzifəyə Azərbaycan nümayəndə heyətinin üzvü seçilib,- bazar ertəsi Trend -a Moskvadan telefonla iclasda iştirak edən Hüseynovun özü məlumat verib.

Azərbaycan 2001 - ci ildən AŞ PA - nın üzvüdür. Hüseynov elə həmin ildən AŞ PA - nın hüquqi işlər və insan hüquqları komitəsinin üzvüdür. Ondan əvvəl komitənin vitse-prezidenti postunda Kiprdən olan nümayəndə idi.

Hüseynov deyib ki, ona etimad göstərilməsi AŞ PA ilə Azərbaycan arasında konstruktiv münasibətlərin inkişafının göstəricisidir.

Sabah davam edəcək iclasda Avropada milli azlıqların problemləri, hüquqi şəbəkədə korrupsiya mövzusunda məruzələr dinləniləcək. Məruzələr AŞ PA - nın yanvarda keçiriləcək qış sessiyasına tövsiyə ediləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti