...

YUNESKO-nun iqamətgahında Azərbaycanın görkəmli yazıçısı və alimi Mir Cəlal Paşayevin yubiley mərasimi keçirilib

Siyasət Materials 11 Noyabr 2008 02:46 (UTC +04:00)
YUNESKO-nun iqamətgahında Azərbaycanın görkəmli yazıçısı və alimi Mir Cəlal Paşayevin yubiley mərasimi keçirilib

Fransa, Paris, 11 noyabr / Trend müxbir A.Məhərrəmli/ YUNESKO-nun iqamətgahında, noyabrın 10-da  XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim və pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş yubiley mərasimi keçirilib.

Mərasimi YUNESKO-nun baş direktoru Koişiro Matsuura açdı.  O, Azərbaycan xalqının böyük alimi və yazıçısı Mir Cəlal Paşayevin yubileyinin YUNESKO səviyyəsində qeyd olunmasını bu qurumla Azərbaycan arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın bariz nümunəsi olduğunu bildirdi.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,  Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxışında dedi ki, zəngin ədəbi irsə malik olan Azərbaycan xalqı böyük alimlər nəsli yetişdirib. Mir Cəlal Paşayev də Azərbaycanın böyük övladlarından biridir. Onun ədəbi və elmi irsi çox zəngindir.

Sonra Mir Cəlalın həyat və fəaliyyətindən bəhs edən film nümayiş olundu.

Yubiley mərasimi Azərbaycan incəsənət ustalarının iştirakı ilə keçirilən musiqili proqramı ilə başa çatdı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti