Azərbaycan, Bakı, 11 noyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın və Gürcüstanın Yaşıllar Partiyasının birgə təşkilatçılığı ilə Bakıda beynəlxalq konfrans keçiriləcək.
""Qafqazda təhlükəsizlik və "Yaşılların" perspektivləri" mövzusunda konfrans dekabrın 15 - 16 - da Bakıda keçiriləcək", - deyə Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyev çərşənbə axşamı Trend - a məlumat verib.
Trend - un arayışı: Azərbaycanın Yaşıllar Partiyası 2006 - ci ilin dekabrında yaradılıb və Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmayıb. AYP Avropa Yaşıllar Partiyasında müşahidəçi statusu alıb.
Güləliyev bildirib ki, konfransın təşkil olunması Azərbaycan və Gürcüstanın Yaşıllar partiyaları arasında təsdiq olunmuş tədbirlər planında əks olunub. "Konfransa Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyalar, səfirlik nümayəndələri dəvət olunacaq", - deyə Güləliyev bildirib.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]