...

Gürcüstan ərazisində işğalçılar və osetin cinayətkar qruplaşmaları qalmamalıdır – reinteqrasiya məsələləri üzrə dövlət naziri

Siyasət Materials 12 Noyabr 2008 16:15 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 12 noyabr/ Trend , müxbir N. Kirtsxaliya/ "Avropa müşahidəçilərinin mövqeyi birmənalıdır - Gürcüstan ərazisində nə Rusiya işğalçı qüvvləri, nə də osetin cinayətkar qruplaşmalırı olmalıdır; bu, altı bəndlik Sarkozi-Medvedyev sazişinin açıq-aşkar pozulması deməkdir", - deyə Avropa İttifaqı müşahidəçilər missiyasının rəhbəri Hans-Yorq Haber ilə görüşdən sonra Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili bildirib.

Dövlət nazirinin sözlərinə görə, görüşdə Aİ müşahidəçiləri ilə gələcək əməkdaşlığın fomatı məsələsi müzakirə olunub.

"Biz Rusiyanın Perevi və Axalqori məsələləri üzrə özəl sövdələşmələrdən ibarət yeni strategiyasını görürük. Hazırkı strategiya yaxşı məlumdur. Bizim üçün əsas əhalinin müdafiəsi, Rusiyanın öhdəlikləri yerinə yetirməsi və işğalçı qoşunlarını Gürcüstan ərazisindən çıxarmasıdır", - deyə Yakobaşvili bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti