...

Bakıdakı həbsxanadan qaçmağa cəhd edən erməni barəsində həbs-qətimkan tədbiri seçilib

Siyasət Materials 13 Noyabr 2008 14:16 (UTC +04:00)
Bakıdakı həbsxanadan qaçmağa cəhd edən erməni barəsində həbs-qətimkan tədbiri seçilib

Azərbaycan, Bakı, 13 noyabr / Trend , müxbir S. Kazımlı / Bakıdakı çəzaçəkmə müəssisələrinin birindən qaçmağa cəhd edən erməni əsilli Azərbaycan vətəndaşı barəsində həbs-qətimkan tədbiri seçilib.

"Bu gün Binəqədi rayon məhkəməsində hakim Tərlan Əkbərovun sədrliyi ilə keçirilən iclasda Eqdar Sarkisyanın barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib", - Binəqədi rayon Prokurorluğundan cümə axşamı Trend -a məlumat verilib.

Trend -un arayışı: Noyabrın 8-də gecə saatlarında Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Eqdar Eduardoviç Sarkisyan müəssisənin yük maşınları üçün nəzərdə tutulmuş qapısından qaçmağa cəhd göstərib.

1985-ci il təvəllüdlü Sarkisyan Azərbaycan Cinayət Məsəlləsinin seksual xarakterli zorakılıq hərəkətlərin aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı törədilməsi (150.3.3-cü), döymə (132-ci) və cinayətlərin məcmusu üzrə cəzanın müəyyən edilməsi (66.3-cü) maddələri ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Sarkisyan qaçan zaman cəzaçəkmə müəssisəsinin mühafizəsini həyata keçirən bölüyün keşikçiləri silah tətbiq ediblər, nəticədə ayaq nahiyəsindən xəsarət alan məhbus yaxalanıb.

O, hadisədən sonra Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib.

Prokurorluqdan bildiriblər ki, hadisədən sonra Sarkisyanın barəsində yenidən Azərbaycan Cinayət Məcəlləsinin cəza çəkən və ya ibtidai həbsdə olan şəxsin azadlıqdan məhrum etmə yerlərindən, həbsdən və ya mühafizə altından qaçması (304.1-ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

İstintaq zamanı Sarkisyan qaçmağının səbəbini izah edərkən deyib ki, onun azadlıqdan məhrum edilməsi haqda çıxarılan müddət çoxdur və bu səbəbdən də qacmağa cəhd edib. "Sarkisyan cəzaçəkmə müəssisəsinin rəhbərliyindən, əməkdaşlarından, orada saxlanılan məhkumlardan və şəraitdən narazı olmadığını deyib. Sadəcə tək yaşamaq istədiyini, 14 il azadlıqdan məhrum etmənin onun üçün çox müddət olduğunu və azad cəmiyyətdə yaşamaq istədiyi üçün qaçmağa cəhd etdiyini bildirib", - deyə prokurorluqdan qeyd ediblər.

Məlumata görə, Sarkisyan uşaq yaşlarından tüfeyli həyat tərzi keçirdiyini və türmədən qaçacağı halda yenidən həmin həyat tərzini davam etdirəcəyini və Azərbaycanda yaşayacağini bildirib.

Sarkisyan ilk dəfə 2003-cü ildə Azərbaycan Cinayət Məcəlləsinin təkrar oğurluq törədilməsi (177.2.2-ci), yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törədilməsi (177.2.3-cü) və xeyli miqdarda ziyan vurmaqla oğurluq törədilməsi (177.2.4-cü) maddələri ilə təqsirli bilinərək Nəsimi rayon məhkəməsinin hökmü ilə dörd il azadlıqdan məhrum edilib.

O, həmin il cəza çəkdiyi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsindən qaçıb və bir həftədən sonra tutulub. Bu səbəbdən də Sarkisyan Azərbaycan Cinayət Məcəlləsinin cəza çəkən və ya ibtidai həbsdə olan şəxsin azadlıqdan məhrum etmə yerlərindən, həbsdən və ya mühafizə altından qaçması (304.1-ci) maddəsi ilə təqsirli bilinərək Xətai rayon məhkəməsinin hökmü ilə əlavə olaraq dörd il azadlıqdan məhrum edilib.

2007-ci ildə Sarkisyan Aministiya Aktı ilə əlaqədr azadlığa cıxıb və 2008-ci ilin fevral ayının 22-də sonuncu cinayət hadisəsini törədib, iyulun 17-də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutularaq məhkəmənin qərarı ilə 14 il azadlıqdan məhrum edilib.

Prokurorluqdan deyiblər ki, Sarkisyan həbsxanada olduğu müddətdə onun adı qaçmağa meyilli məhkumların sırasında olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti