...

İran parlamenti spirtli içkilərin alqı – satqı qaydalarını sərtləşdirib

Siyasət Materials 13 Noyabr 2008 17:26 (UTC +04:00)

İran, Tehran, 13 noyabr/ Trend , müxbir A.Namdari/ İran parlamenti spirtli içkilərin alqı - satqısı ilə bağlı cəza qanunlarını sərtləşdirib.

İranın parlament nümayəndələri noyabrın 13- də İslami cəzalar layihəsini yenidən nəzərdən keçiriblər.

Layihədə spirtli içkilərin istehsalı, qəbulu, satışı və ya satışına vasitəçilik edənlər haqda cəza qanunlarında dəyişiklik edib.

Yeni layihədə spirtli içkilərin istehsalı, qəbulu, satışı yaxud satışına vasitəçilik edənləri 1 ildən 6 ilədək həbs, 74 şallaq və spirtli içkilərin qiymətindən beş dəfə artıq cərimə ödəmək nəzərdə tutulub.

Layihədə qeyd olunub ki,20 litrdən artıq spirtli içki aşkar olunarsa, onu daşıyan nəqliyyat vasitəsi dövlət tərəfindən müsadirə olunacaq.

Parlamentin yeni Qanununda bildirlir ki, hansısa dövlət işçisi, rəsmi şəxs, şura, təşkilat və fond üzvləri spirtli içki qəbul etdiklərinə görə həbs olunarsa, qeyd olunan cəzalardan əlavə, bir ildən beş ilədək dövlət orqanlarında vəzifə tutmaqdan məhrum olunacalar.

İran İslam Respublikası dini dövlət olduğundan, bu ölkədə qanunlar İslam qaydalarına uyğun qəbul olunur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti