Azərbaycan, Bakı, 14 noyabr / Trend , müxbir N.Abdullayeva/ Litva prezidenti Valdas Adamkus cümə günü Bakıda Trend -a bildirib ki, Qafqaz regionunda stabillik təkcə regionun özü üçün deyil, həm də beynəlxalq ictimaiyyət üçün olduqca mühümdür.
Litva prezidenti hesab edir ki, Qafqaz regionu ölkələrinin beynəlxalq münasibətlər və beynəlxalq ictimaiyyətdə bərabər şəkildə iştirak etməsi həqiqətən vacibdir.
"Litva bu məsələdə yardım göstərə bilər. Biz regionda stabilliyin yaradılması üçün ümumi ideya və ümumi məqsəd naminə birgə işləməyə hazırlaşırıq", - deyə Adamkus bildirib.
Hazırda Qafqaz ərazisində bir neçə həll edilməmiş münaqişə mövcuddur - Abxaziya və Cənubi Osetiyanın Gürcüstana qarşı müstəqilliyin əldə edilməsinə dair iddiaları nəticəsində yaranan gürcü-abxaz və gürcü-osetin münaqişələri, Ermənistanın Azərbaycana ərazi iddiaları nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi.
İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.
Müşahidəçilər bu münaqişələrin həlli mümkünlüyünü Rusiya və ABŞ-ın maraqlarının üst-üstə düşməsi baxımından nəzərdən keçirirlər.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]