Azərbaycan, Bakı, 15 noyabr / Trend , müxbir S. Kazımlı / Bakının Yasamal rayonunda 23 yaşlı qıza və Cin vətəndaşına qarşı soyğunçuluq edən şəxs tutulub.
Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən şənbə günü Trend -a məlumat verilib.
Məlumata görə, noyabrın 8-də saat saat 19:10 radələrində 1985-ci il təvəllüdlü Nuranə Qismət qızı Nəzərovanın içərisində mobil telefon və pulu olan əl çantasını naməlum şəxs alıb qaçıb.
Yasamal rayon Polis İdarəsinin (RPİ) Cinayət-axtarış şöbəsinin və 27-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nəzərovaya qarşı soyğunçuluq edən 1982-ci il təvəllüdlü İslam Rasim oğlu Rəhimov tutulub. Araşdırma zamanı məlum olub, ki, o, Çin Xalq Respublikasının vətəndaşı Du Yaoxuamnaya qarşı da soyğunçuluq edib.
Faktla bağlı Yasamal RPİ-də araşdırma aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]