...

Azərbaycanın polis şöbəsində saxlanılan şəxsə narkotiq maddə apardığı üçün həyat yoldaşı tutulub

Siyasət Materials 15 Noyabr 2008 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 noyabr / Trend , müxbir S. Kazımlı / Azərbaycanın şimal bölgəsində yerləşən (paytaxt Bakıdan 120 kilometr aralı) Dəvəçi rayonunun polis şöbəsinin müvəqqəti saxlama təcridxanasında saxlanılan şəxsin həyat yoldaşı tərəfindən gətirilən sovqatın içindən narkotiq maddə tapılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend -a məlumat verilib.

Məlumata görə, Dəvəçi rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitə ilə tutulan Kənan Əliyevə həyat yoldaşı Hədiyyə Əliyeva tərəfindən rayon polis şöbəsinin müvəqqəti saxlama təcridxanasına gətirilən sovqatın içindən 1 qram heroin aşkar edilərək götürülüb.

Əliyeva polislər tərəfindən saxlanılıb. Əliyevin evinə baxış keçirilərkən oradan əlavə 1 qram heroin aşkar edilərək götürülüb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Əliyevin üstündən və evindən götürülən narkotik vasitənin  Dəvəçi rayon sakini Fəqan Səfərəliyev tərəfindən satılması müəyyən edilib və Səfərəliyev tutulub. Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti