...

Avropa enerji ehtiyatlarının təminatında Xəzər regionunun başlıca rolunu təsdiq edib

Siyasət Materials 15 Noyabr 2008 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 noyabr/ Trend , müxbir S.Əliyev/ Bakıda keçirilən IV Enerji Sammiti başa çatdı və "Xəzər regionun karbohidrogen ehtiyatlarının mənimsənilmə və enerji daşıyıcılarının beyünəlxalq bazarlara nəqli mərkəzlərindən biri olduğunu təsdiq etdi, Avro-Asiya Neft Nəqli Dəhlizi sistemində mühüm həlqə olduğunu əks etdirdi".

Bakıda bu tipli görüşlərin keçirilməsi Avropanın enerji təhlükəsizliyinin təminatı məsələsində Xəzər regionunun müstəsna olduğunu və Azərbaycanın bu prosesdə başlıca rol oynadığını təsdiq edir.

Avropa Komissiyası və Aİ-nin doqquz iştirakçısının qoşulduğu Bakı Enerji Sammiti bəyannaməsinin qəbulu sammitin keçirilməsinin mühüm nəticələrindən biri oldu.

Karbohidrogenin etibarlı və təhlükəsiz nəqli üzrə lazımi şəraitin təmin edilməsi üçün iştirakçı dövlətlərin səylərinin birləşdirilməsi məqsədi ilə Xəzər-Qara dəniz-Baltik enerjitranzit məkanının yaradılmasına dair bəyannamədə göstərilən bəndi sammitin nəticələrindən biri kimi hesab etmək olar. Neftin Avropa bazarlarına tədarükü üçün Avro-Asiya enerji nəqli sistemində Odessa-Brodı neft kəmərindən istifadəni tərəflər xüsusilə dəstəkləyiblər.

Bu qərarın nəticəsi kimi bu layihənin reallaşdrılmasının sürətləndirilməsini gözləmək olar. Əvvəllər Azərbaycan boru kəmərində texniki işlərin aparılması üçün təqribən 470 min ton neft təqdim etməyə hazır olduğunu artıq ifadə edib. Ukrayna prezidenti Viktor Yuşşenko Bakıda bildirib ki, gələnt ay bu layihənin texniki iqtisadi əsəslandırılması tam hazır olacaq. Bu halda, 2009-cu ildən bu layihə üzrə konkret işlərin başlanacağını gözləmək olar.

Qazaxıstan nümayəndə heyətinin də iştirak etdiyi sammit zamanı, Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Qazaxıstandan neft nəqli prosesi dəstəklənib. Sammit keçirilən günlərdə Azərbaycan və Qazaxıstan arasında Xəzər neft nəqli sisteminin yaradılmasına dair saziş bu planda əhəmiyyətli imzalanma oldu. Xəzər neft nəqli sisteminin (KCTS) yaradılmasına dair imzalanan saziş Transxəzər layihəsinin birgə reallaşdırılma prinsiplərini, birgə layihə şirkətinin yaradılmasını müəyyən edir. Birinici mərhələdə sistemdən istifadə sutkada 500 min barel neftin nəql olunmasına imkan verəcək, sonrakı mərhələlərdə isə onun nəql imkanları sutkada 750 - 1,200,000 barel neftə çatdırılacaq. Sistemin yaradılmsının 2012-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Bu gün Avropa öz bazarlarına enerji ehtiyatları tədarükünün difersifikasiyasına can atır. Avropa ekspertlərinin qiymətləndirməsinə görə, Avropanın Avropa İttifaqının hüdudlarından kənarda yerləşən mənbələrdən asılılığı yaxın gələcəkdə əhəmiyyətli dərəcədə artacaq. Bu gün Avropa öz enerji təhlükəsizliyini təmin etmək üçün bu mənbələri diversifikasiya etməyə səy göstərir. Bu gün Avropa hüdudlarından kənardakı neft və qaz tədarüklərindən asılı olan ölkələrin əksəriyyəti tədarükün həyata keçirilməsi üçün kifayət qədər müasir və şaxələnmiş infrastruktur və böyük enerji ehtiyatlarına malik olan məhz Xəzər regionunun yaxınlığındadırlar. Buna görə, enerji ehtiyatlarının tədarükü məsələlərində bu regionun əhəmiyyətliliyini yenidən qiymətləndirmək mümkün deyil.

Tədarük marşrutu bu prosesdə həlledici məsələdir. Bu gün Xəzər regionundan diversifikasiya edilmiş tədarükün həyata keçirilməsinə imkan verən yeganə marşrut TransXəzər dəhlizi, xüsusilə də müasir infrastruktura malik Azərbaycandır.

Bakı sammitinin iştirakçıları bununla yanaşı bu prosesdə iştirak edən bütün tərəflərin qarşılıqlı asılılığını dəfələrlə qeyd ediblər. Həm istehlakçılar, həm də istehsalçılar və enerji ehtiyatlarını bazarlara tranzit edənlər üçün diversifikasiya mühümdür.

Ekspertlər qeyd edirlər ki, tədarükçü ölkələr Avropa bzarlarına qaz ixrac etməkdən öncə, ilk növbədə bu enerji daşıyıcılarının ötürüldüyü ölkələrin bu məhsula tələbatlarını təmin etməli olacaqlar. Bu, sammitin yekununda, Gürcüstan ilə Azərbaycan arasında Gürcüstanın Azərbaycan qazı ilə təmin edilməsi barədə beş illik müqavilə imzalanan zaman bir daha təsdiq olundu. Saşiş SOCAR şirkəti ilə Gürcüstanın Enerji Nazirliyi arasında imzalanıb.

Bakı Enerji Sammitinin keçirilməsi Avropanın öz bazarlarına enerji ehtiyatlarının tədarükünün ilk növbdə Xəzər regionu hesabına ditversifikasiyasına bağlılığını bir daha göstərdi. Bununla yanaşı bu prosesdə böyük təcrübə və potensiala malik olan Azərbaycanın mühüm rola malik olduğunu görmək olar.

Xəbər lenti

Xəbər lenti