...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Siyasət Materials 17 Noyabr 2008 10:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 16-də saat 09.40-dan 09.45-dək, 22.05-dən 22.15-dək fasilələrlə Ermənistan Respublikası İcevan rayonu Berkaber və Azatamut kəndləri ərazisində, Noyemberyan rayonu Voskevan kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonun Qızılhacılı, Cəfərli, Quşçu Ayrım kəndləri ərazisində yerləşən mövqelərini, saat 20.15-dən 20.35-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.10-dan 21.30-dək Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.50-dən 23.15-dək Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, noyabrın 17-də saat 06.10-dan 06.20-dək Füzuli rayonunun Alxanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 06.30-dan 06.50-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 06.30-dan 06.50-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti