İran, Tehran, 17 noyabr/ Trend , müxbir T.Cəfərov/ İranın mədəniyyət nazirinin müavini Qulamrza Məlikiyan Amerikanı, İrana öz agentliklərini ərazisində yerləşdirməyə icazə vermədiyi üçün pisləyib, - nazir müavininin mətbuat katibi İranda keçirilən beynəlxalq mətbuat sərgisində bildirib.
İranda üç Amerika qəzetinin nümayəndəliyi fəaliyyət göstərir: Associated Press, Los Angeles Times, Washington Post, - Məlikiyan bildirib. İranın isə, ABŞ-da heç bir nümayəndəliyi yoxdur.
BMT yanında İranın yalnız bir telekanalı fəaliyyət göstərir ki, Amerika onun yayımına qadağa qoyub, - o əlavə edib.
"Belə addım Amerikada mətbuat azadlığının məhdudlaşdırılmasıdır. İran isə, xarici mətbuata daha çox imkan yaradır. Hazırda İslam Respublikasında xarici KİV-in 115 nümayəndəliyi fəaliyyət göstərir", - Məlikiyan bildirib.
İranda beynəlxalq mətbuat konfransı noyabrın 16-da açılıb və bir həftə davam edəcək. Konfransda 27 xarici nəşr, o cümlədən ilk dəfə olaraq Amerikanın nəşri iştirak edir. Sərgidə Boston Globe qəzetinin nümayəndəsi Fərəh İstokman ( Ms. Farah Istocman) iştirak edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]