...

Hollandiyanın Leyden Universitetində Azərbaycan haqqında kitablar təqdim olunub

Siyasət Materials 18 Noyabr 2008 19:05 (UTC +04:00)
Hollandiyanın Leyden Universitetində Azərbaycan haqqında kitablar təqdim olunub

Azərbaycan , Bakı, 18 noyabr / Trend , müxbirN.Abdullayeva/ Hollandiyanın Leyden Universitetinin kitabxanasında Azərbaycanın mədəniyyəti, tarixi və təbiətilə, o cümlədən Ermənistanın Azəçrbaycan əleyhinə başladığı Dağlıq Qarabağ münaqişəsi haqqında kitablar təqdim edilib.

Ölkəmizin Niderlanddakı səfirliyi Hollandiyanın Leyden Universitetinin kitabxanasında Azərbaycanla bağlı kitabların təqdimat mərasimini keçirib, - çərşənbə günü Azərbaycanın Niderlanddakı səfirliyinin birinci katibi Elçin Bəşirov məlumat verib.

Təqdimat mərasimi ölkənin ümummilli lideri Heydər Əliyevin həyatını və onun Azərbaycanın rifahına yönələn, müasir Azərbaycan Respublikasının, müstəqil Avropa ölkəsi kimi, beynəlxalq əlaqələr sistemində layiqli yerini tutmasıyla nəticələnən fəaliyyətini əks etdirən kitablar barədə məlumatla başlayıb.

Azərbaycan barədə kitablarda ölkənin tarixindən, nailiyyətlərindən, müasir iqtisadiyyatın inkişafından, tolerantlıqdan, mədəniyyət və neft strategiyasından danışılır, - Azərbaycanın Niderlanddakı səfiri Fuad İsgəndərov təqdimat mərasimində bildirib. Təqdim olunan nümunələr arasında Heydər Əliyev Fondunun hazırladığı nəşrlər xüsusi yer tutur.

Avropanın 20 aparıcı təhsil müəssisəsi arasında yer alan universitetin 1575 - ci ildə təsis olunan kitabxanasında əlyazmalar və nadir kitablar qorunub saxlanır. Onların arasında Azərbaycanın böyük müəlliflərinin unikal əlyazmaları - Nizami Gəncəvinin "Xosrov və Şirin"i (1451), Saib Təbrizinin "Divan"ı (1678), Katib Çələbinin "Kitab-i Cahannamə"si (1657), Füzulinin "Divan"ı (1555) və Mirzə Fətəli Axundovun fransız dilində nəşr olunan "İki türkün komediyası" (1888) da var.

Səfir F İskəndərov qiymətli kitabların əla vəziyyətdə saxlanmasına görə universitet kitabxanasına minnətdarlığını bildirib. O deyib ki, azərbaycanlı mütəxəssislərə bu kolleksiyanı öyrənmək imkanı veriləcəyinə ümtd edir.

Təqdimatdan sonrakı danışıqların gedişində Leyden Universitetinin bu sahədə ixtisaslaşmış mərkəzlərilə əməkdaşlığı barədə razılıq əldə olunub.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti