...

Polşa ekspertləri ÜTT-yə daxil olmaq məsələsində Azərbaycana yardım göstərəcəklər

Siyasət Materials 19 Noyabr 2008 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir N.Abdullayeva/ Polşalı ekspertlər Ümumdünya Ticarət Təşkilatı (ÜTT) sıralarına daxil olmaq üzrə hazırlıq məsələlərində Azərbaycana yardım göstərəcəklər. Bu barədə çərşənbə günü Polşanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Polşa ekspertlərindən ibarət nümayəndə heyəti Azərbaycana ÜTT-yə daxil olmaq məsələlərinə dair yardım göstərmək üçün cümə axşamı Bakıya səfərə gəlirlər. Səfər zamanı İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri ilə görüşlər keçiriləcək.

Polşanın iqtisadiyyat nazirinin müavini Martsin Korolets bu ölkənin Krınıtsa şəhərində keçirilən 18-ci iqtisadi forumda bildirmişdi di ki, Polşa ÜTT-yə daxil olma prosesində Azərbaycana yardım göstərə biləcək ekspertlərini təqdim etməyə hazırdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti