...

Azərbaycan prezidenti Asiya Inkişaf Bankının prezidenti Haruhiko Kurodanın başçıliq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 20 Noyabr 2008 16:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr/ Trend / Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Asiya İnkişaf Bankının prezidenti Haruhiko Kurodanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycana ilk dəfə səfər etdiyini, ölkədə  sürətli iqtisadi inkişafın şahidi olduğunu qeyd edən. qonaq ümidvar olduğunu bildirib ki, Azərbaycanda düzgün iqtisadi idarəetmə və neft gəlirlərindən səmərəli istifadə inkişafa yeni imkanlar açacaq.
Azərbaycanda bütün istiqamətlərdə, o cümlədən iqtisadiyyatda yüksək inkişafa nail olunduğunu deyən prezident İlham Əliyev qeyd edib ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində, dünyadakı maliyyə böhranının ölkəmizin əhalisinə təsiri bilavasitə hiss edilməyib. Azərbaycanda qeyri -neft sektorunun inkişafı ilə bağlı bir sıra proqramların uğurla həyata keçirildiyini deyən dövlət başçısı bu layihələrin ardıcıl olaraq davam etdiriləcəyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti