...

Gürcüstan və Polşa prezidentlərinin eskortunun atəşə tutulması faktını avropalı müşahidəçilər öyrənəcək

Siyasət Materials 24 Noyabr 2008 20:44 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 24 noyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Bazar günü Axalqoridə Gürcüstan və Polşa prezidentlərinin eskortunun atəşə tutulması faktını avropalı müşahidəçilər öyrənəcək. "Müvafiq tapşırıq artıq verilib", - Fransanın xarici ticarət məsələləri üzrə dövlət katibi Ann-Mari İdrak Tbilisidə jurnalistlərlə söhbətdə bildirib.

"Biz müşahidəçilərə baş vermiş hadisəni təfərrüatı ilə öyrənmək tapşırığı vermişik", - o vurğulayıb və əlavə edib ki, Gürcüstanda və bilavasitə münaqişə zonasında sülh və sabitlyin qorunması məsələsi böyük vaciblik kəsb etməyə başlayır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti