...

Amerika - İran münasibətləri heç vaxt ABŞ - dakı seçkilərin nəticələrindən asılı olmayacaq –İran parlamentinin nümayəndəsi (YENİLƏNİB)

Siyasət Materials 27 Noyabr 2008 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr/ Trend , müxbir D.İbrahimova/ Birləşmiş Ştatlar ilə İran arasında munasibətlər heç vaxt Amerikada keçirilən seçkilərin nəticələrindən asılı olmayacaq. Bu barədə Trend -a Mühafizəkarlar Partiyasının İran Parlamentindəki nümayəndəsi Fatimə Acerlu bildirib.

ABŞ -ın yeni seçilən prezidenti Barak Obama seçkiqabağı proqramda ilkin şərtlər olmadan İran ilə danışıqlara başlamağa hazır olduğunu bildirib, lakin seçkilər ərəfəsində o, İran lideri ilə danışıqlara başlamaqda tərəddüdün olduğunu ifadə edib.

Ekspertlərin ABŞ -ın İrana qarşı siyasi kursunun dəyişməsi mövzusu ilə bağlı rəyləri fərqlidir. Mühafizəkarlar Partiyasının nümayəndəsi Acerlu hesab edir ki, ikitərəfli münasibətlər dəyişməyəcək.

Onun fikrincə, iki ölkə arasında münasibətlər "qurd və quzu" münasibətlərini xatırladır və onların yaxın gələcəkdə yaxşılaşacağına ümid yoxdur.

Lakin müsbət dəyişikliklər yenə də mümkündür. İkitərəfli münasibətlər yalnız o halda yaxşılaşa bilər ki, ABŞ İslam Respublikasına münasibətdə siyasətini dəyişsin. Onun sözlərinə görə, İran hakimiyyəti bu dəyişikliyi alqışlayacaq.

Vaşinqton ilə Tehran münasibətləri arasında əsas maneə İranın nüvə proqramıdır.

Birləşmiş Ştatlar İranın nüvə silahı yaratmaq məqsədindən ehtiyatlanır, rəsmi Tehran isə, bu proqramın tamamilə dinc mahiyyət daşıdığını iddia edir.

İranın nüvə probleminin həllinə gəlincə, ABŞ "yanaşmasını və qaydaları dəyişməli və uranı zənginləşdirən ölkələrə qarşı ikili standartlardan imtina etməlidir", - Acerlu bildirib.

ABŞ nüvə proqramının inkişafını dayandırmaq üçün İrana qadağaların tətbiqini təkid edir, lakin nüvə işləmələrinin mövcud olduğu güman olunan Suriyaya münasibətdə tolerant yanaşır.

Keçmiş Amerika senatoru Bennet Constonun fikrincə, Vaşinqton ilə Tehran arasında danışıqların başlanması üçün İran nüvə proqramının hazırlanmasını dayandırmalıdır.

"Nüvə proqramının işləmələrini dayandırılması iki dövlət arasında münasibətlərin yaxşılaşması istiqamətində ilk səmərəli addım olacaq", - Luiziana ştatından olan keçmiş senator (1972-1996) Bennet Conston (Bennett Johnston) Trend -a telefonla bildirib.

Onun fikrincə, İranın Yaxın Şərq problemlərinin həllinə cəlb edilməsi ABŞ üçün vacibdir. Bu, İranın regionda mühüm rol oynaması ilə izah olunur.

Conston hesab edir ki, İran " "Yaxın Şərq" və ABŞ - da stabilliyin açarıdır". Bu ölkə regionda mühüm oyunçudur və Birləşmiş Ştatlar İranı burada yaranan əsas problemlərin həllinə cəlb etməyə səy göstərir.

"İranın İraqdakı problemlərin həllinə cəlb edilməsi vacibdir. Biz ümid edirik ki, İran İraqda stabilləşdirici element olacaq", - deyə Conston bildirib.

Bu, onun fikrincə, həm İranın, həm də ABŞ -ın maraqlarına xidmət edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvaanı: trend

Xəbər lenti

Xəbər lenti