...

Azərbaycanda yeni yaradılacaq müxalif Aydınlar Partiyasının təsis qurultayının vaxtı müəyyən olunub

Siyasət Materials 27 Noyabr 2008 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 noyabr / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanda yeni yaradılacaq müxalif Aydınlar Partiyasının təsis qurultayının vaxtı müəyyənləşib.

"Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin iclasında qurultayın dekabrın 14 - də keçirilməsi qərara alınıb", - cümə axşamı Trend - a Aydınlar Partiyasının Təşəbbüs Qrupundan bildirilib.

Trend - un arayışı: Qulamhüseyn Əlibəyli 1992-1993 - cü ildə prezident Elçibəyin müşaviri və parlamentdə rəsmi nümayəndəsi olub. 1995 -ci ildən 2005 -ci ilədək iki dəfə ardıcıl olaraq Milli Məclisin deputatı seçilib. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub. O, 1989 - cu ildən AXC-nin üzvü, 1993 - cü ildən AXCP Ali Məclisinin sədri idi. Avqustun əvvəllərində AXCP Ali Məclisinin sədri vəzifəsindən istefa verib, sentyabrın axırında yeni Aydınlar Partiyası yaradacağı məlum olub. AXCP üzvü Nizami Quliyev də partiyadan istefa verərək, Aydınlar Partiyasının sıralarına qoşulacağını bildirib.

Oktyabrın əvvəlində AXCP-nin Lənkəran, Samux və Qax rayon şöbələrinin sədrləri istefa veriblər və siyasi fəaliyyətlərini Aydınlar Partiyasında davam etdirəcəklərini açıqlayıblar.

Qurultayın keçiriləcəyi yer hələ ki, məlum deyil. Təşkilat Komitəsinin iclasında qurultaya hazırlıq məsələsi də müzakirə olunub. Təşəbbüs Qrupunun rəhbəri Qulamhüseyn Əlibəyli deyib ki, yeni yaradılacaq partiyanın bugünədək 20 rayonda yerli şöbələri təsis olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti