...

İlham Əliyev Hindistan prezidentinə başsağlığı verib

Siyasət Materials 27 Noyabr 2008 21:25 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Hindistan prezidenti xanım Pratibha Patilə Mumbai şəhərində terror aktları nəticəsində çoxsaylı insanın tələf olması ilə bağlı başsağlığı verib.

"Hörmətli xanım prezident, Mumbai şəhərində törədilmiş terror aktları nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin kədər hissi ilə qarşıladım. Biz bu hadisədən son dərəcə hiddətlənir, bütün bəşəriyyət üçün dəhşətli bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm" - deyə dövlət başçısının məktubunda bildirilir.

Xəbər lenti

Xəbər lenti