...

Böyük Britaniya Gürcüstanın NATO və Avropa strukturlarında təmsil olunma cəhdlərini dəstəkləyir - nazir

Siyasət Materials 28 Noyabr 2008 13:11 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 28 noyabr / Trend , müxbir N.Kirtsxaliya/ Böyük Britaniya NATO-ya və Avropa strukturlarına inteqarsiya yolunda Gürcüstana dəstəyini davam etdirəcək, - Gürcüstanın xarici işlər naziri Yekaterina Tkeşelaşvili cümə günü Londondan geri dönərkən, Tbilisi aeroportunda bəyan edib.

Böyük Britaniyada Tkeşelaşvili Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə naziri Kerolayn Flintlə, parlament üzvü Bryus Corcla, xarici siyasət məsələləri üzrə katibi Uilyam Geyqlə və Böyük Britaniya parlamentinin xarici əlaqələr üzrə komitə sədri Maykl Geypslə görüşüb.

Bundan əlavə, Gürcüstanın XİN rəhbəri The Economist jurnalına, Aljazeere News agentliyinə, NBC Universal News və Channel 4 News-a müsahibə verib. Nazir həm də Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun Gürcüstandakı son hadisələrlə bağlı düzənlədiyi Dəyirmi masada iştirak edib.

"Müttəfiqlərimizi daha çox Gürcüstandakı vəziyyət, Rusiyanın Sarkozi-Medvedyev razılaşmasına əməl etməsi və ən başlıcası, bizim Avropa strukturlarına inteqarsiya istiqamətində gələcəyimiz maraqlandırırdı. Biz dəstək aldıq", - Tkeşelaşvili deyib.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti