Türkiyə prezidenti Abdullah Gül bu gün Türkmənistana rəsmi səfərə gedir. Gül, səfərdən öncə hava limanında yerli vaxtla saat 2-də mətbuat konfransı keçirəcək. Bu barədə Türkiyə Prezident Aparatının rəsmi saytında məlumat verilib. Gül Türkmənistanda Azərbaycan və Türkmənistan prezidentləri ilə görüşəcək. Tərəflər üçtərəfli münasibətləri, o cümlədən enerji sahəsindəki əməkdaşlığa dair məsələləri müzakirə edəcəklər.