Azərbaycan və Türkmənistan prezidentləri İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov ilə görüş bütün türk dünyası üçün nümunədir. İTAR-TASS xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Abdulla Gül rəsmi səfərdə olduğu Türkmənbaşı şəhərindən vətənə qayıtdıqdan sonra bildirib.
Gül deyib, "Bu danışıqlar üç ölkə arasında münasibətlərin daha da yaxınlaşdırılmasına və yeni səviyyəyə qaldırılmasına yönəlib". O qeyd edib ki, tərəflər yalnız xüsusi mövzular deyil həm də geniş müzakirələr aparıblar.
Tükiyə prezidenti vurğulayıb ki, dövlət başçılarının görüşündə iqtisadiyyat, mədəniyyət, siyasət və energetika sahələrində əməkdaşlığa dair müzakirələr aparılıb.