...

Bakıda qadının evindən silah-sursat tapılıb

Siyasət Materials 1 Dekabr 2008 11:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 dekabr / Trend , müxbir S.Kazımlı / Bakı evlərinin birindən silah-sursat tapılıb. Tapılan silah-sursat 53 yaşlı qadının yaşadığı ünvandan aşkar edilib. Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən bazar ertəsi Trend -a məlumat verilib.

Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsinin və Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsinin əməkdaşları birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Məmməd Əmin Rəsulzadə qəsəbəsində qeydiyyatda olan 1955-ci il təvəllüdlü Gavə Sədulla qızı Mahmudovanın kirayədə yaşadığı mənzilindən 1 ədəd 1972-ci ildə buraxılmış EM-9005 nömrəli Makarov tipli tapança (8 ədəd patronla birlikdə), 1 ədəd RU-2662 nömrəli UZİ markalı avtomat tapança (1 ədəd səsboğucu ilə birlikdə), 1 ədəd nömrəsiz Naqan tipli tapança (14 ədəd patronla birlikdə) bazar günü aşkar olunaraq götürülüb.

4-cü polis bölməsindən Trend -a bildiriblər ki, aşkar olunan silah-sursatın kimə məxsus olması hələ ki, müəyyən olunmayıb. Mahmudova həmin ünvanda kirayə yaşadığı üçün silah-sursatın da ona məxsus olmadığın deyib. Hazırda silahın kimə məxsus olduğunu aydınlaşdırmaq məqsədilə əməliyyat tədbirləri həyata keçirilir. Silah tapılan evin akademika məxsus olduğu bildirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti