...

Ermənistan-Türkiyə əlaqələri Azərbaycanla Ermənistan arasındakı münasibətlərdən asıldır – Türkiyənin xarici işlər naziri (video)

Siyasət Materials 1 Dekabr 2008 13:12 (UTC +04:00)
Ermənistan-Türkiyə əlaqələri  Azərbaycanla Ermənistan arasındakı münasibətlərdən asıldır – Türkiyənin xarici işlər naziri (video)

Azərbaycan, Bakı, 01 dekabr/ Trend , müxbir S.Ağayeva/ Türkiyə-Ermənistan münasibətləri Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərdən asılıdır. Bu barədə Türkiyənin xarici işlər naziri Əli Babacan bazar ertəsi Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə aparılan danışıqların yekunu üzrə keçirilən brifinqdə bildirib.

Türkiyəli nazirin sözlərinə görə, hazırda Azərbaycan və Ermənistan arasında intensiv danışıqlar aparılır və bu danışıqların mümkün müsbət nəticələri Türkiyə-Ermənistan münasibətlərinə təsir göstərəcək.

"Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycanın deyil, Türkiyənin və ümumilikdə regionun problemidir. 1918-ci ildən başlayaraq biz [Türkiyə - Red.] həmişə olduğu kimi, bundan sonra da Azərbaycanın yanında olacağıq", - deyə Babacan bildirib.

Xəbər lenti

Xəbər lenti