Əfqanıstan, Kabil, 02 dekabr / Trend , müxbir A.Hakimi/ Amerika hərbi qüvvələri Herat əyalətində əfqan milli ordusunun üç nümayəndəsini qətlə yetiriblər.
Əfqanıstan hökumətinin rəsmi nümayəndələri anonimlik şərti altında bildiriblər ki, koalsiya qoşunları onlara yaxınlaşan əfqan milli ordusunun avtomobillərinə atəş açıblar. Nəticədə iki nəfər yaralanıb, üç nəfər həlak olub.
Şahidlərin sözlərinə görə, ölənlər və yaralananlar dərhal koalisiya qüvvələrinə aid vertolyota yerləşdiriliblər.
Koalisiya qoşunları tərəfindən dəfələrlə belə səhvlərə yol verilib. Bir neçə gün əvvəl Kabildə bir hərbçi, bir ay öncə isə şərq əyalətində 10 əfqan əsgəri öldürülmüşdü.
Müəlliflə əlaqə ünvanı: trend