...

Azərbaycan prezidenti Avropa Şurasının Baş katibini qəbul edib

Siyasət Materials 2 Dekabr 2008 16:03 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Avropa Şurasının Baş katibi Terri Devisi qəbul edib, - AzərTac dövlət agentliyi məlumat yayıb.

Görüşdə Bakıda Avropa Şurasının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda keçirilən konfransın əhəmiyyəti vurğulanıb. Bu cür tədbirlərin ölkələr və xalqlar arasında əlaqələrin möhkəmlənməsində və beynəlxalq əməkdaşlığın genişləndirilməsində rolu qeyd edilib.

Avropa Şurasının Baş katibi Terri Devisin Azərbaycana bu səfərinin əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Xəbər lenti

Xəbər lenti