...

Avropa Şurası ölkələrinin mədəniyyət nazirləri əməkdaşlıq prosesini gücləndirmək niyyətindədirlər

Siyasət Materials 3 Dekabr 2008 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 dekabr/ Tren , müxbir C.Babayeva/ Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirləri "Mədəniyyətlərarası dialoq: Avropa və onun qonşu regionlarında sülhün və davamlı inkişafın əsasıdır" Bakı beynəlxalq konfransında başlanan əməkdaşlıq prosesini gücləndirmək barədə razılığa gəliblər. Bu barədə konfransın yekunu üzrə qəbul olunan Bakı bəyannaməsində bildirilir.

Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirləri mədəniyyət sahəsi üçün əlverişli olan sabit iqtisadi, sosial və fərdi inkişafın mühüm amili kimi yaradıcılığın inkişafına yardım göstərmək barədə razılıq əldə ediblər. "Biz beynəlxalq əməkdaşlığı müəyyən edən amil kimi mədəniyyətlərarası dialoq prosesinin stabilliyi mövqeyindən çıxış edirik", - deyə bəyannamədə bildirilir.

Nazirlər siyasətin mədəniyyət sahəsində milli, regional və yerli səviyyədə mühüm rol oynadığını təsdiq ediblər. "Müxtəlif iştirakçıların tam iştirakını, eləcə də siyasətin müxtəlif sektorları arasında ardıcıl qarşılıqlı fəaliyyəti tələb edən proses kimi, dinlərarası dialoq da daxil olmaqla mədəniyyətlərarası dialoq mövqeyindən çıxış edirik", - deyə Bakı bəyannaməsində bildirilir.

Avropa Şurası ölkələrinin mədəniyyət nazirləri siyasi baxışların mübadiləsi yolu ilə səmərəli təcrübə qismində mədəniyyətlərarası dialoqa yardım göstərməyə hazırdırlar.

Dekabrın 2-3-də Bakıda "Mədəniyyətlərarası dialoq: Avropa və onun qonşu regionlarında sülhün və davamlı inkişafın əsasıdır" konfransı keçirilir. Tədbrin təşkilatçıları Avropa Şurası və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti