...

ABŞ Dövlət Departamentinin nümayəndəsi Azərbaycanın qədim tarixi ilə tanış olur

Siyasət Materials 3 Dekabr 2008 18:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 dekabr/ Trend , müxbir R.Novruzov/ ABŞ Dövlət Departamentinin nümayəndəsi Azərbaycanın qədim tarixi ilə tanış olur.

ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosunda peşə və mədəni mübadilələr üzrə Dövlət Katibi köməkçisinin müavini Alina Romanovski, çərşənbə günü Azərbaycana səfəri çərçivəsində, Bakı yaxınlığındakı qədim Qala kəndində olub.

ABŞ Dövlət Departamentinin nümayəndəsi etnoqrafiya muzeyinə baş çəkib. Burada ona Azərbaycanda mövcud olan dərin tarixi köklərə malik tolerantlıq haqqında danışıblar. 5 min ildən çox yaşı olan Qala  kəndinin tarixi ilə baölı məlumatlar qonağı heyran qoyub.

Romanovski dekabrın 2 - 3 - də Bakıda keçirilən "Mədəniyyətlərarası dialoq Avropada və qonşu regionlarda dinc yaşayış və davamlı inkişafın əsası kimi" konfransında iştirak edır. Konfransın təşkilatçıları Avropa Şurası və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi- dir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti