...

Moldova Dnestryanı münaqişənin nizamlanmamasının səbəbini bəzi dövlətlərin siyasi iradə göstərməməsində görür – xarici işlər naziri

Siyasət Materials 5 Dekabr 2008 14:49 (UTC +04:00)

Finlandiya, Helsinki, 05 dekabr/ Tren , müxbir İ.Qusatinskaya/ Moldovanın xarici işlər naziri Dnestryanı münaqişənin nizamlanmamasının səbəbini bəzi dövlətlərin siyasi iradə göstərməməsində görür.

On yeddi il ərzində beynəlxalq təşkilatlar tərəfindən göstərilən bütün səylərə baxmayaraq, Dnestryanı problem indiyədək həll olunmayıb və Moldovanın xarici işlər naziri Andrey Stratan bunun səbəbini bəzi dövlətlər tərəfindən siyasi iradə göstərilməməsində görür. Bu barədə o, cümə günü Helsinkidə ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin iclasında bildirib.

Dnestryanı münaqişə SSRİ-nin dağılmasından sonra, Kişnyovda radikalların Moldovanın Rumıniyaya birləşdirilmə mümkünlüyü barədə bəyanatlarından narahat olan Dnestrin sol sahilində yerləşən bəzi rayonlar Dnestryanı Moldova Respublikasının yaradılması barədə elan ediblər. Moldova hakimiyyəti bu qərar ilə razılaşmayaraq qondarma respublikaya qoşun çıxarmağa səy göstərib, bununla da münaqişə başlayıb.

Stratan bildirib ki, məsələnin həllinin süni şəkildə uzadılması səmərəsizdir.

Onun sözlərinə görə, Gürcüstandakı münaqişə müxtəlif regionlardakı nizamlanmamış münaqişələri ağırlaşdrıb. Moldovanın xarici işlər naziri hesab edir ki, 1992-ci ildə sülhün əldə olunmasından sonra tətbiq edilən hərbi kontingent öz missiyasını artıq yerinə yetirib və indii beynəlxalq qüvvələr ilə əvəz olunmalıdır ki, bu da regionda stabilliyin nail olunmasına imkan yaradacaq. Rusiya qüvvəlləri, yaraqlıları və döyüş sursatlarının çıxarılması transparet və şərtsiz reallaşdırılmalıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti