...

İranla dialoqun zaman çərçivələri olmalıdır – israilli nazir

Siyasət Materials 9 Dekabr 2008 11:28 (UTC +04:00)
İranla dialoqun zaman çərçivələri olmalıdır – israilli nazir

İsrail, Qüds, 09 dekabr/ Trend , müxbir A.Qut/ "İranla istənilən dialoqun zaman çərçivələri olmalıdır", - İsrailin nəqliyyat naziri, general Şaul Mofaz Vaşinqtonda ABŞ-ın Dövlət katibi Kondoliza Rays və Dövlət katibinin siyasi məsələlər üzrə müavini Vilyam Bernslə görüşdə bildirib, - Ynet xəbər verir.

İsrailin ABŞ-la strateji dialoquna görə məsuliyyət daşıyan Şaul Mofaz bu bəyanatı Amerikanın yeni seçilmiş prezidenti Barak Obamanın NBC-yə verdiyi müsahibəsinə istinadən verib. Obama müsahibədə bildirib ki, İran qarşı "qamçı və qoğal" siyasəti aparmaq niyyətindədir. Nazir Mofaz Rays və Bernsdən Ağ Evin yeni hökumətinə İslam Respublikası ilə dialoqun "iranlıların xeyrinə ola biləcəyi"ni izah etməyi xahiş edib. Bundan əlavə, bu dialoqun zaman çərçivələri olmalıdır.

"Nə qədər ki, amerikalıların məqsədi Tehranın nüvə silahının hər hansı bir elementini əldə etməsinə mane olmaqdan ibarətdir, biz onlara hansı yolu seçməli olduqlarını deyə bilmərik", - Mofaz deyib.

İsrailli nazirin sözlərinə görə, İranın strategiyası vaxt qazanmaq və nüvə silahının əldə edilməsinə birbaşa yol açmaqdan ibarətdir.

ABŞ-ın siyasi isteblişmenti ilə dialoqu yüksək qiymətləndirən Mofaz Qüdsün Vaşinqtonla daimi strateji dialoqa malik olmasının vacibliyini vurğulayıb. "Biz son iki  il yarımda 10 görüş keçirmişik və bu forumu strateji qarşılıqlı münasibətlərimizin həyati vacib məsələlərini müzakirə etdiyimiz və kəşfiyyat xarakterli informasiyanı bölüşdüyümüz ciddi platformaya çevirmişik", - general Şaul Mofaz bəyan edib. O əlavə edib ki, "tərəflər İranın nüvə probleminin hərbi həllini istisna etmirlər".

Mofazın sözlərinə görə, Amerika və İsrailin kəşfiyyat xarakterli informasiyası İranın, gözlənildiyi kimi, il yarım-iki il ərzində nüvə silahına nail olacağını göstərir.

Xəbər lenti

Xəbər lenti