Azərbaycan, Bakı, 09 dekabr/ Trend / İsrailin müdafiə naziri Ehud Barak bazar ertəsi axşam humanitar yardımın daşınması üçün Qəzzə Zolağında nəzarət-buraxılış məntəqələrini (NBM) açmaq barədə sərəncam verib. Bu qərar, iki gün ərzində regionda müşahidə edilən sakitliklə bağlı qəbul edilib, - Fələstinin "Maan" informasiya agentliyi xəbər verib.
Bu sərəncama müvafiq olaraq, Kerem Şalom NBM-dən Qəzzə Zolağına beynəlxalq təşkilatların təqdim etdiyi ərzaq və digər humanitar yardımın yükləndiyi 40 yük maşını, Karni NBM-dən isə taxılla yüklənmiş 30 yük maşını buraxılacaq.
Qəzzə Zolağına həmçinin elektrik stansiyaları üçün yanacaq və Naxal-Oz boru kəməri ilə müəyyən həcmdə qaz veriləcək.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]