...

Bakıda avtomobil alıb-satmaq adı ilə vətəndaşların xeyli miqdarda pulunu mənimsəyən şəxs tutulub

Siyasət Materials 10 Dekabr 2008 13:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr / Trend , müxbir S.Kazımlı / Bakıda dələduzluq etdiyi üçün axtarışda olan şəxs tutulub. Tutulan şəxs avtomobil alqı-satqısı adı ilə vətəndaşlardan xeyli miqdarda pul alıb mənimsəməkdə təqsirli bilinir. Bu barədə Xətai rayon Polis İdarəsinin (RPİ) 35-ci polis bölməsindən çərşənbə günü Trend -a məlumat verilib.

Xətai RPİ-nin 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində barəsində Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə axtarışda elan olunan 1963-cü il təvəllüdlü Tovuz sakini Üzeyir Vahid oğlu Əliyev çərşənbə axşamı tutularaq istintaqa təhvil verilib.

Polis bölməsindən bildiriblər ki, Əliyev avtomobil alıb-satmaq adı ilə vətəndaşlardan xeyli miqdarda pul alıb məniməsdiyi üçün bu il may ayının 11-də onun barəsində axtarış elan olunub.

Məqalə müəllıfı ılə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti