...

Azərbaycanın gənclər hərəkatı İrandakı həmvətənlərinə qarşı repressiyalara etiraz edir

Siyasət Materials 11 Dekabr 2008 16:46 (UTC +04:00)
Azərbaycanın gənclər hərəkatı İrandakı həmvətənlərinə qarşı repressiyalara etiraz edir

Azərbaycan, Bakı, 11 dekabr/ Trend , müxbir C.Babayeva/ Azərbaycanın "Dalğa" gənclər hərəkatı cümə axşamı İranın Bakıdakı səfirliyi qarşısında azərbaycanlılara qarşı repressiyaların əleyhinə icazəsiz etiraz aksiyası keçirib.

Cənubi Azərbaycanda təxminən 35 mln. azərbaycanlı yaşayır. Son vaxtlar azərbaycanlılara qarşı repressiyalar güclənib, həbsxanalarda azərbaycanlı mənşəli məhbuslara qarşı işgəncələrin sayı artıb.

"Dalğa" hərəkatının 12 fəalı İran səfirliyi qarşısında  edam və digər zorakılıq səhnələri göstərərək, diqqəti İranda azərbaycanlıların edam edilməsinə çəkməyə çalışıblar, - hərəkatın sədri Vəfa Cəfərova Trend -a deyib. "Etiraz aksiyasının əsas şüarları "Zorakılığı dayandırmaq!", "İmam Əli sizdən utanır!" olub. Polisin müdaxiləsindən sonra aksiya başa çatdırılıb", - Cəfərova bildirib.

2005 -ci ildən fəaliyyət göstərən "Dalğa" gənclər hərəkatının sıralarında 250 nəfər var. Hərəkat insan hüquqları həftəsi elan edib və bu həftə çərçivəsində müxtəlif tədbir və aksiyalar keçirəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:  [email protected]

Xəbər lenti

Xəbər lenti