...

Islam Konfransı Təşkilatının rəhbəri Hollandiyaya səfər edəcək

Siyasət Materials 12 Dekabr 2008 11:46 (UTC +04:00)

İslam Konfransı Təşkilatının rəhbəri Əkmələddin İhsanoğlu dekabrın 13-15-də Hollandiyada səfərdə olacaq. Bu barədə Türkiyənin "Cihan" informasiya agentliyi məlumat verib.

İhsanoğlu bu ayın 13-14-də Amsterdam Universitetində keçiriləcək Beynəlxalq Elm Tarixi Akademiyasının toplantılarında iştirak edəcək.

İhsanoğlu həmçinin dekabrın 15-də Hollandiyanın ədliyyə nazirinin müavini Nəbahat Albayrak ilə, daha sonra bu ölkənin xarici işlər naziri Maksim Verhagen (Maxime Verhagen) ilə görüşəcək.

Hollandiya islamafobiyanın ən güclü olduğu Avropa ölkələrindən biri hesab olunur.

Xəbər lenti

Xəbər lenti