...

NATO hərbi təhlükəsizlik sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir

Siyasət Materials 12 Dekabr 2008 16:21 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 12 dekabr/ Trend , müxbir R.Novruzov/ NATO hərbi təhlükəsizlik sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir.

NATO Baş katibinin köməkçisi Klaudio Bisonero hərbi təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini ölkənin rəsmi şəxsləri ilə müzakirə etmək üçün Azərbaycana səfərə gələcək.

"Azərbaycan və NATO - nun münasibətləri olduqca mühümdür və son vaxtlar bu münasibətlər möhkəmlənir və mənim Bakıya səfərim buna aydın sübutdur", - deyə cümə günü Trend -a Brüsseldən elektron poçtla Bisonero bildirib.

NATO Baş katibinin köməkçisi səfər zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, müdafiə naziri Səfər Əbiyev, milli təhlükəsizlik naziri Eldar Mahmudov və Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşmək niyyətindədir. Görüşlərdə Azərbaycan və NATO arasında dialoqun dərinləşdirilməsi imkanları və təhlükəsizlik məsələləri müzakirə olunacaq.

NATO ilə Azərbaycan arasında münasibətlər 1992-ci ildə Azərbaycanın Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulması ilə başlanıb. (1997- ci ildə AvroAtlantik Tərəfdaşlıq Şurası (AATŞ) adlandırılıb). Azərbaycan 1994 - cü ildə "Sülh naminə tərəfdaşlıq" Proqramına qoşulandan sonra, əməkdaşlıq tədricən ikişaf etməyə başlayıb.

İslahatlara yardımla yanaşı, NATO - nun Azərbaycanla əməkdaşlığının mühüm məqsədlərindən biri ölkənin Silahlı Qüvvələrinin imkanlarını böhran reaksiyası əməliyyatları və sülhməramlı əməliyyatlar aparılarkən NATO ölkələri qüvvələri ilə qarşılıqlı fəaliyyət səviyyəsinədək inkişaf etdirməkdən ibarətdir. 1999-cu ildən Azərbaycanın hərbi qüvvələri Kosovoda, 2002-ci ildən Əfqanıstanda NATO -nun sülhməramlı əməliyyatlarının keçirilməsinə yardım göstərib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti