...

Bakıda partlayış zamanı yaralanmış qızın vəziyyəti ağır olaraq qalır - (ƏLAVƏ EDİLİB - IV) (video)

Siyasət Materials 13 Dekabr 2008 11:05 (UTC +04:00)
Bakıda partlayış zamanı yaralanmış qızın vəziyyəti ağır olaraq qalır - (ƏLAVƏ EDİLİB - IV) (video)

Azərbaycan, Bakı, 13 dekabr/ Tren , müxbir S.Kazımlı, İ.Əlizadə/ Bakıda yaşayış binasında partlayış zamanı yaralanmış qızın vəziyyəti ağır olaraq qalır, - paytaxtın 2 saylı kliniki xəstəxanasında olan Trend -un müxbirinə bildiriblər.

"Üç yaşlı qız xəstəxananın uşaq cərrahiyyə şöbəsində yerləşdirilib. Onun şəxsiyyəti hələ müəyyən edilməyib", - xəstəxanadan bildiriblər.

Şənbə günü səhər Bakının Nizami rayonu, Naxçıvani 34 ünvanında, ticarət bazarının qarşısında yerləşən yaşayış binasında partlayış baş verib. Nəticədə binanın bir girişi tamamilə dağılıb.

Hadisə yerinə gəlmiş təcili tibbi yardımın həkimi paytaxt partlayış zamanı bir nəfərin həlak olması və dörd nəfərin, o cümlədən bir uşağın yaralanması faktını təsdiqləyib.

Həlak olanın şəxsiyyəti müəyyən edilməsə də, ilkin məlumatlara görə, bu 23-24 yaşlı şəxsdir. Yaralılar arasında üç qadın və bir uşaq var, - təcili yardımın həkimi Trend -un hadisə yerində olan müxbirinə bildirib.

Dağıntılar altından altı nəfər, o cümlədən bir uşaq çıxarılıb. Bu barədə şənbə günü Trend -a Lənkəranda işgüzar səfərdə olan Azərbaycanın fövqəldadə hallar naziri Kəmaləddin Heydərov bildirib.

Partlayış barədə məlumat nazirliyə 8.23-də daxil olub. Nazir bildirib ki ilkin məlumatlara görə, partlayış qaz sızması nəticəsində baş verib. Heydərov deyib ki, buna dördüncü mərtəbədəki mənzillərdən birində təmir işlərinin aparılması səbəb ola bilər.

Xilas etmə işləri davam etdirilir.

Bakıda yaşayış binasında partlayış zamanı yaralanan üç nəfərin adları açıqlanıb. "Bakı şəhərinin Musa Nağıyev adına təcili yardım xəstəxanasına körpücük sümüyünün sınığı və kəllə-beyin travması ilə 23 yaşlı Mahmudova Oksana Aleksandrovna və ayaq sınığı və kəllə-beyin travması ilə 22 yaşlı Kərimov Şirxan Ataş oğlu çatdırılıb", - növbətçi həkim Sabit Qurbanov Trend -a bildirib.

5 saylı xəstəxanaya ağır yanıqlarla 68 yaşlı Qurbanova Növrəstə gətirilib.

Müxbirin hadisə yerindən verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili yardım briqadaları hadisə yerində işləyir, xilasetmə işlərinə xüsusi təlim keçmiş itlər cəlb edilib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı və "Azəriqaz" QSC-nin rəhbəri hadisə yerinə gəlib

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti