...

Türkmənistan Frankfurt-na-Maynedən Bakıya uçan sərnişinlərə avialayner təqdim edib

Siyasət Materials 15 Dekabr 2008 17:35 (UTC +04:00)
Türkmənistan Frankfurt-na-Maynedən Bakıya uçan sərnişinlərə avialayner təqdim edib

Türkmənistan, Aşqabad, 15 dekabr/ Trend , müxbir E.Həsənov/ Türkmənistan Hava Yolları bu gün Lüfthanza reysi ilə Frankfurt-na-Maynedən Bakıya uçan sərnişinlərə öz avialaynerini təqdim edib. Sərnişinlər arasında Azərbaycanın Baş nazirinin müavini də olub. O, hava şəraiti ilə əlaqədar Aşqabadda yubanıb, - Türkmənistan XİN xəbər verir.

Frankfurt-na-Mayne - Bakı - Aşqabad marşrutu ilə müntəzəm reys həyata keçirən "Lüfthanza" aviaşirkətinin təyyarəsi bu gün, Bakı hava limanında  hava şəraiti ilə əlaqədar, Aşqabad şəhərinin hava limanında yerə enib. "Təyyarənin göyərtəsində 211 nəfər olub, onlardan 141-i Frankfurt-na-Mayne - Bakı marşrutu ilə uçub. Sərnişinlər arasında Azərbaycan Respublikası Baş nazirinin müavini də olub", - mətndə deyilir.

Türkmən tərəfi yubandırmadan Bakıya hərəkət edən sərnişinlərin Aşqabaddan Azərbaycanın paytaxtına çatdırılması məqsədilə onların avianəqliyyatla təmin edilməsi üçün bütün tədbir görüb. Aşqabad hava limanında olduqları müddətdə sərnişinlər

hər cür  şəraitlə təmin ediliblər.

Uçuşla bağlı bütün zəruri prosedurları operativ aparan türkmən tərəfi "Türkmən Hava Yolları" Baş Hava Əlaqəsi Agentliyinin "Boinq-737" avialaynerini təqdim edib. Sərnişinlər bu təyyarə ilə Bakıya çatdırılıblar.

"Türkmən tərəfinin tədbirləri Türkmənistan və Azərbaycan xalqları arasında qardaş və mehriban qonşuluq münasibətlərinə dəlalət edir və Türkmənistan rəhbərliyi xoşməramlı addımla , dövlətlərimiz arasında ikitərəfli münasibətlərin yaxınlığı və möhkəmliyini bir daha nümayiş etdirib", - Türkmənistan XİN-in mətbuat xidməti qeyd edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti