...

Avqust hadisələrinin öyrənilməsi üzrə beynəlxalq komissiya Gürcüstanın Müdafiə Nazirliyində olub

Siyasət Materials 17 Dekabr 2008 18:16 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 17 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Avqust hadisələrinin öyrənilməsi üzrə müstəqil beynəlxalq tədqiqat komissiyasının üzvləri Gürcüstandadır. Onlar ölkənin Müdafiə Nazirliyində olublar. Nümayəndə hefətinin tərkibinə komissiyanın sədri Haydi Talyavini və onun müavinləri Uve Şram və Marian Ştajevski daxildir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, qonaqları müdafiə naziri David Sixarulidze qəbul edib. Görüşdə əsas mövzu münaqişə regionlarındakı vəziyyət olub.

Müdafiə naziri komissiya ilə fəal əməkdaşlığa hazır olduqlarını bildirib.

Komissiyanın üzvləri daxili işlər nazirliyində və xarici siyasət idarəsində də görüşlər keçiriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti