...

Avropadakı Türkiyə diasporu üzr istəmə kampaniyasını erməni diasporunun oyunu adlandırır

Siyasət Materials 18 Dekabr 2008 17:06 (UTC +04:00)
Avropadakı Türkiyə diasporu üzr istəmə kampaniyasını erməni diasporunun oyunu adlandırır

Azərbaycan, Bakı, 18 dekabr / Trend , müxbir B. Həsənov/Mərkəzi Almaniyanın Köln şəhərində yerləşən və Avropadakı türk diaspor təşkilatlarını özündə cəmləşdirən Avropalı Türk Demokratlar Birliyi (UETD) Türkiyədə bir qrup ziyalı tərəfindən həyata keçirilən üzr istəmə kampaniyasını qətiyyətlə pisləyir.

"Türkiyədəki bir qrup "ziyalının" həyata keçirdiyi bu kampaniya türk millətinin mövqeyini əks etdirmir və biz bunu erməni diasporunun oyunu kimi qiymətləndirirk", - deyə Avropalı Türk Demokratlar Birliyinin (UETD) Baş katibi Salih Altınışık cümə axşamı Kölndən telefonla Trend - a bildirib.

Trend - un arayışı: Bir neçə gün əvvəl Türkiyədə yaradılmış bir internet saytında 1915 - ci ildə Osmanlı dövlətinin ermənilərə qarşı cinayətlər törətdiyi iddia edilərək, ermənilərdən üzr istəmə kampaniyası həyata keçirilir. Bu barədə Türkiyə mətbuatı məlumat verib.

Ermənistan və dünyadakı erməni lobbisi Türkiyənin sələfi olan Osmanlı dövlətinin 1915 - ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım həyata keçirdiyini iddia edir. İddialarını dünyada da qəbul etdirmək istəyən ermənilər bir sıra dünya ölkələrində qondarma soyqırım təbliğatını gücləndirərək, bəzi dövlətlərin parlamentlərində "erməni soyqırımı"nın tanınmasına nail olublar.

Altınışık bu cür fəaliyyətlər qarşısında susmamağın vacibliyini vurğulayıb. O, bu kampaniyanı addım-addım həyata keçirilən ssenarinin bir hissəsi kimi qiymətləndirib.

" Nə utanacağımız bir cinayət, nə də adından üzr istəməli olacağıız bir cinayətkar var", - deyə Altınışık əlavə edib. Baş katib bu cür kampaniyaların Avropada qondarma soyqırımla bağlı həqiqəti çatdırmaq yolunda fəaliyyətlərinə heç bir təsir göstərməyəcəyini bildirib.

"Biz bundan sonra da öz haqq işimizi müdafiə edən diaspor fəaliyyətimizi uğurla davam etdirəcəyik", -Altışık deyib.

Xəbər lenti

Xəbər lenti