...

Azərbaycan Parlamenti Konstitusiyada bir şəxsin iki dəfədən artıq prezident seçilməsi ilə bağlı məhdudiyyəti götürüb

Siyasət Materials 19 Dekabr 2008 13:55 (UTC +04:00)
Azərbaycan Parlamenti Konstitusiyada bir şəxsin iki dəfədən artıq prezident seçilməsi ilə bağlı məhdudiyyəti götürüb

Azərbaycan, Bakı, 19 dekabr/ Tren müxbir İ.Xəlilova/ Azərbaycan Parlamenti cümə günü ölkə Konstitusiyasına dəyişikliklər edib.

Parlamentin cümə günü keçirilən iclasında Konstitusiyaya dəyişiklikləri nəzərdə tutan referendum aktını müzakirə edib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan haqları daimi komissiyaları cümə axşamı keçirdikləri birgə iclasda "Konstitusiyaya əlavə və dəyişikliklər haqqında Referendum Aktını" qəbul edərək, onu Parlamentin iclasına təqdim edib. Spiker Oqtay Əsədovun təşəbbüsü ilə parlament Azərbaycan Respublikası Konstitusiyasından 101- ci maddənin 5 - ci bəndini çıxarıb. Bu bəndə əsasən, bir ölkə vətəndaşı dövlət başçsı postuna ardıcıl olaraq iki dəfədən artq seçilə bilməzdi.

Onun əvəzinə, ölkə tərəfindən hərbi əməliyyatlar aparıldığı təqdirdə, prezident seçilməsi müddətinin uzadılmasını nəzərdə tutan bənd daxil edilib.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) bir şəxsin iki dəfədən artıq prezident seçkilməsi ilə bağlı tətbiq edilən məhdudiyyətin ləğv edilməsi üçün referendumun keçirilməsi təklifi ilə çıxış edib. Parlamentdə təmsil olunan bir neçə siyasi partiya, ictimai təşkilatlar və ziyalılar bu təklifi dəstəkləyiblər.

Prezidentin səlahiyyət müddəti beş ildir. Azərbaycan Konstitusiyası 1995 - ci ildə qəbul olunub, 2002 - ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

Konstitusiyaya digər dəyişikliklər 108 -ci maddə -- əvvəllr Azərbaycan prezidenti seçilmiş şəxslərin hüquqları və onların statusu; Milli Bankın Mərkəzi Bank, Prezidentin İcra Aparatının Prezident Administarsiyası adlandrılması ilə bağlıdır.

Azərbaycan Respublikası Konstitusiyasının mətninə dəyişikliklər yalnız referendum vasitəsilə daxil edilə bilər (Maddə 152).

AR Konstitusiyasının mətninə dəyişikliklər Milli Məclis və ya Azərbaycan prezidenti tərəfindən təklif edilirsə, o zaman təklif edilən dəyişikliklər üzrə əvvəlcədən AR Konstitusiya Məhkəməsinin qərarı alınmalıdır (maddə 153).

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti