...

Azərbaycanda cəzaçəkmə müəssisəsinə narkotika keçirmək istəyən şəxs saxlanılıb

Siyasət Materials 22 Dekabr 2008 11:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr / Trend , müxbir K. Zərbalıyeva/ Azərbaycanda cəzaçəkmə müəssisəsinə narkotika keçirmək istəyən şəxs saxlanılıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələq şöbəsindən bazaar ertəsi  Trend -a verilən məlumata görə, dekabrın 21-də saat 17.00 radələrində 1 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşları həmin müəssisədə cəza çəkən 28 yaşlı Pərviz Şahmarlıya qohumu Qurban İbrahimovun gətirdiyi sovqata baxış keçirərkən dezodarantın içərisində yerləşdirilmiş heroin aşakar edib.

Aşkarlanmış heroinin ümumi çəkisi 13,05 qram olub.

Şahmarlı Cinayət Məcəlləsinin narkotik vasitələri, psixatrop maddələri, onların prekursorlarını hazırlama, əldə etmə, saxlama və ya satma (234.2) maddəsi ilə təqsirli bilinərək məhkəmənin hökmü ilə 4 il azadlıqdan məhrum edilib.

Saxlanılmış Yevlax rayon sakini İbrahimov Nizami rayon polis İdarəsinə təhvil verilib.

Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti