...

ATƏT Gürcüstanda gələcək missiya üzrə konsensusun əldə olunmamasına təəssüflənir

Siyasət Materials 22 Dekabr 2008 18:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr/ Trend müxbir Y. Ostapenko/ ATƏT təşkilatın 56 iştirakçı dövlətinin ATƏT-in Gürcüstanda gələcək missiyasına dair məsələ üzrə konsensus əldə edə bilməməsindən təəssüflənir. Bu barədə bazar ertəsi ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stabb bildirib.

"Mən yaranan vəziyyətə görə dərindən təəssüflənirəm. Finlandiya həll yollarının axtarışı istiqamətində az səy tətbiq etməyib və ATƏT bu regionda hələ çox şey etməlidir. Bu gün yaranan vəziyyətə baxmayaraq, ümid edirəm ki, ATƏT-in Gürcüstanda gələcək fəaliyyəti ilə bağlı danışıqlar gələn il davam etdirilə bilər", - deyə Stabb bildirib. Bu barədə ATƏT-in press-relizində qeyd olunur.

Finlandiya Gürcüstan və Cənubi Osetiyadakı yerlərdə paralel və müstəqil şöbələrin fəaliyyət göstərməsini nəzərdə tutan sazişin bağlanmasını təklif edib. Yerlərdəki şöbələr ATƏT sədrinin hesabat verməli xüsusi nümayəndələrinəhəvalə olunmalı idi. Finlandiya danışıqlara daha çox vaxt qalması üçün hazırki mandatın üç ay uzadılmasını təklif edirdi. Rusiya ATƏT-in Cənubi Osetiyada və Gürcüstanın qalan hissəsində fəaliyyəti arasında hansısa əlaqənin olması ilə razılaşa bilməz; Moskva Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. ATƏT bir neçə ay ərzində təqribən 200 əməkdaşı olan missiyanın bağlanmasına hazırlaşacaq.

ATƏT-in Gürcüstandakı missiyası 1992 - ci ilin dekabrında yaradılıb. Hazırda onun 180 əməkdaşı var və onlardan 28 nəfəri silahsız hərbi müşahidəçi statusuna malikdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti