...

Azərbaycanda yeni yaradılacaq "İrəli" İctimai Birliyində nüfuzlu QHT- lər birləşəcək

Siyasət Materials 23 Dekabr 2008 16:51 (UTC +04:00)
Azərbaycanda yeni yaradılacaq "İrəli" İctimai Birliyində nüfuzlu QHT- lər birləşəcək

Azərbaycan, Bakı, 23 dekabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanda yeni yaradılacaq "İrəli" İctimai Birliyində ölkənin nüfuzlu qeyri- hökumət təşkilatları birləşəcək.

"Birlikdə təmsil olunmaq üçün 10 təşkilat müraciət edib. Müraciət edənlər kifayət qədər nüfuzlu təşkilatlardır. Onların arasında gənclər, tibb, elm, demokratiya, vətəndaş cəmiyyəti sahələrini əhatə edən təşkilatlar var", deyə özünü buraxmış "İrəli" Ümumrespublika Gənclər Hərəkatının həmtəsisçisi Ceyhun Osmanlı çərşənbə axşamı Trend - a məlumat verib.

Trend - un arayışı: Üç ildən artıq fəaliyyət göstərmiş "İrəli" Ümumrespublika Gənclər Hərəkatının 6 min üzvü var. Fəaliyyət dövründə hərəkat 500 - dən çox müxtəlif layihə həyata keçirib. "İrəli"də fəaliyyət göstərən 28 klub və departament Azərbaycan gənclərinin müxtəlif fəaliyyət istiqamətlərini əhatə edirdi.

Dekabrın 9 - da hərəkatın həmtəsisçiləri qurumun özünü buraxması barədə qərar qəbul ediblər. Onlar hərəkatın buraxılmasını qarşıya qoyulmuş məqsədə çatmaları ilə izah ediblər.

"İrəli" hərəkatının bazasında "İrəli" İctimai Birliyinin yaradılması barədə qərar qəbul edilib. İctimai Birliyin təsis konfransı bu ilin dekabrın 24 - də keçiriləcək.

Osmanlı təsis konfransından sonra dövlət qeydiyyatına alınmaq üçün Ədliyyə Nazirliyinə müraciət edəcəklərini bildirib. "İctimai Birliyə sədr rəhbərlik edəcək. Və sədr təsis konfransında seçiləcək",- o deyib.

Osmanlı təsis olunduqdan sonra bir ay müddətində "İrəli" İctimai Birliyinin təşkilatlanma və strukturlaşması istiqamətində işlərin aparılacağını deyib. "Birliyin hər bir regionda 11 nəfərlik idarə heyəti formalaşdırılacaq. İdarə heyətləri öz sədrlərini seçəcək və onlar birliyin məclisində birləşəcək", - deyə o bildirib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti