...

Ceyhun Osmanlı "İrəli" İctimai Birliyinin sədri seçilib

Siyasət Materials 24 Dekabr 2008 12:10 (UTC +04:00)
Ceyhun Osmanlı "İrəli" İctimai Birliyinin sədri seçilib

Azərbaycan, Bakı, 24 dekabr/ Tren , müxbir C.Babayeva/ Ceyhun Osmanlı çərşənbə günü yeni Azərbaycan Gənclər İctimai Birliyi "İrəli" nin sədri seçilib.

Təsis konfransında iştirak edən 355 nümayəndədən 348 nəfəri Osmanlının namizədliyinə səs veriblər.

"İrəli" ümumrespublika gənclər hərəkatının sıraları altı min nəfərdən çoxdur. Hərəkat üç illik fəaliyyəti dövründə müxtəlif istiqamətli 500-dən çox layihə həyata keçirib. "İrəli"də fəaliyyət göstərən 28 klub və departament Azərbaycan gənclərinin müxtəlif fəaliyyət istiqamətlərini əhatə edir.

Hərəkat təsisçiləri dekabrın 9 - da "İrəli"nin fəaliyyətinin dayandırılması barədə qərar qəbul ediblər. Onlar bunu qarşılarına qoyduqları məqsədlərə nail olmaları ilə izah edirlər.

"İrəli " nin bazasında eyni adlı İctimai Birliyin yaradılması haqqında qərar qəbul olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti