...

Ceyhun Osmanlı "İrəli" İctimai Birliyinin sədri seçilib (Əlavə olunub) (video)

Siyasət Materials 24 Dekabr 2008 13:11 (UTC +04:00)
Ceyhun Osmanlı "İrəli" İctimai Birliyinin sədri seçilib (Əlavə olunub) (video)

Azərbaycan, Bakı, 24 dekabr/ Tren , müxbir C.Babayeva/ Ceyhun Osmanlı çərşənbə günü "İrəli" yeni Azərbaycan Gənclər İctimai Birliyinin sədri seçilib.

Təsis konfransında iştirak edən 355 nümayəndədən 348 nəfəri Osmanlının namizədliyinə səs veriblər.

"İrəli" ümumrespublika gənclər hərəkatının sıraları altı min nəfərdən çoxdur. Hərəkat üç illik fəaliyyəti dövründə müxtəlif istiqamətli 500-dən çox layihə həyata keçirib. "İrəli"də fəaliyyət göstərən 28 klub və departament Azərbaycan gənclərinin müxtəlif fəaliyyət istiqamətlərini əhatə edir.

"İrəli" İctimai Birliyinin rəhbəri Osmanlı ona göstərilən etimadı doğruldacağına əmin olduğunu bildirib.

"Bu gün "İrəli" gənclər hərəkatının bazasında yeni meqastruktur yaradılıb, onu Azərbaycanda və bütün dünyada görəcəklər. Bizim yalnız bir məqsədimiz var - Azərbaycan. Əminəm ki, biz bu ideya uğrunda qətiyyətlə irəliləyəcəyik", - deyə çərşənbə günü jurnalistlərə Osmanlı bildirib.

Hərəkat təsisçiləri dekabrın 9 - da "İrəli"nin fəaliyyətinin dayandırılması barədə qərar qəbul ediblər. Onlar bunu qarşılarına qoyduqları məqsədlərə nail olmaları ilə izah ediblər.

"İrəli " nin bazasında eyni adlı İctimai Birliyin yaradılması haqqında qərar qəbul olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti