Azərbaycan, Bakı, 24 dekabr / Trend , müxbir A.Hüseynbala / İlham Əliyev Azərbaycan xalqının prezidenti, XXI əsrin yeni lideri kimi, xalqımız arasında çox böyük nüfuza, rəğbətə malikdir və dövlət başçısı bu rəğbəti özünün şəxsi keyfiyyətləri, beş illik prezidentlik fəaliyyətində həyata keçirdiyi çox ciddi layihələrlə, Azərbaycanın inkişafı, beynəlxalq aləmdə nüfuz qazanması ilə əldə edib, - çərşənbə günü Trend -a Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib.
Azərbaycan prezidenti İlham Əliyevin bu gün 47 yaşı tamam olub.
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24 - də Bakı şəhərində anadan olub.
Ağamalının fikrincə, Azərbaycan xalqının İlham Əliyevə məhəbbəti çox səmimidir.
"Bu gün bütün Azərbaycan xalqı onun bundan sonra da öz potensialını, bacarığını və təcrübəsini Azərbaycanın inkişafına sərf etmək arzularını ifadə edirlər. Onu həm də bir daha ona görə təbrik edirəm ki, 2008-ci ilin dekabrında baba oldu, iki oğul nəvəsi dünyaya gəldi. Mən bir baba kimi bilirəm ki, İlham Əliyev çox böyük sevinc içərisindədir. Onun sevincini bölüşürük. Onun sevinci mənim, eyni zamanda düşünürəm ki, həm də bütün millətimizin sevincidir, -" Ağamalı əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]