...

Azərbaycanda Zooloji park yaradılacaq

Siyasət Materials 26 Dekabr 2008 20:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr/ Trend / Prezident İlham Əliyev cümə günü Azərbaycanda Zooloji parkın yaradılması barədə sərəncam imzalayıb.

Bu  məqsədlər üçün Prezidentinin Ehtiyat Fondundan 2,85 mln. manat məbləğində vəsait ayrılacaq.  Vəsait ayrılmış ərazidə tədqiqatların aparılması, dizayn layihələrinin hazırlanması, tikinti və parkın inkişaf planına sərf olunacaq.

Nazirlər Kabinetinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında qeyri - kommersiya və hüquqi şəxs statusu ilə Zooloji park yaratmaq həvalə olunub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:  [email protected]

Xəbər lenti

Xəbər lenti